azia.az
azia.az

Ukrayna DİN bakılı müğənnini “qara siyahı”ya saldı – Cinayət məsuliyyətinə cəlb olunacaq

27-04-2022, 16:42

Ukrayna DİN bakılı müğənnini “qara siyahı”ya saldı – Cinayət məsuliyyətinə cəlb olunacaq
Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın işğalçılıq siyasətini və müharibəni təbliğ edən bir qrup incəsənət nümayəndələrinin adlarını “qara siyahı”ya salıb.

Azia.az-ın məlumatına görə, onların cinayət məsuliyyıətinə cəlb olunacağı da planlaşdırılıb. Məlumata görə, aralarında bakılı Larisa Dolinanın da olduğu siyahıda Nikolay Baskov, Serqey Bezrukov, Yuliya Çiçerina, Polina Qaqarina, Oleq Qazmanov, Tina Kandelaki, Serqey Lazarev, Qriqori Leps, Serqey Jukov və digərlərinin adları var.

Xatırladaq ki, Larisa Dolina (Kudelman) 10 sentyabr 1955-ci ildə Bakı şəhərində, yəhudi ailəsində doğulub. Uzun illərdir ki, Moskvada yaşayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi