azia.az
azia.az

Paşinyanın korteji hamilə qadını öldürdü - VİDEO

27-04-2022, 06:54

Paşinyanın korteji hamilə qadını öldürdü - VİDEO
Bir neçə saat öncə polis maşını İrəvanın Paronyan küçəsində hamilə bir qadını vurub. Xəbər verilir ki, hadisə ilə bağlı məlumat yayan yerli media qadının Nairi Tibb Mərkəzində dünyasını dəyişdiyini yazıb. Tibb mərkəzi faktı təsdiqləyib.
- Qadın mərkəzə gətirilən zaman sağ idi. Lakin zərərçəkmişi xilas etmək mümkün olmayıb, - qəbul şöbəsinin işçisi yerli mediaya açıqlamasında deyib.

Qeyd edək ki, bir müddət öncə yerli media hökumət rəhbərlərindən birinə məxsus kortej avtomobilinin adam vurması barədə məlumat yaymışdı. Saytlar ölkədə nadir şəxslərin kortejlə gəzdiyini əsas gətirərək insidenti baş nazir Nikol Paşinyanın kortejini müşayitə edən yol polisinin üzərinə atıblar.

"Yerevan.Today" hadisə şahidlərinə istinadən yazıb ki, baş nazir Nikol Paşinyanın kortejinin önündə gedən avtomobil hamilə qadını vurduqdan sonra hətta dayanmayıb.

Polisin mətbuat xidməti isə qısa olaraq hadisənin yol polisi maşını tərəfindən törədildiyini deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi