Çavuşoğlu Baydeni “ikiüzlü” adlandırdı - VİDEO
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Bayden başda olmaqla, bir sıra qərb liderlərini ikiüzlülükdə ittiham edib. O, bəzi dövlət başçılarının qondarma erməni soyqırımı ilə bağlı mövqeyinə etirazını bildirib. "Son günlərdə bəzi qərb liderləri iddia edirlər ki, soyqırım yalnız məhkəmə qərarı ilə müəyyən edilə bilər. Bu həqiqətdir!
Həmin şəxslərin məhkəmə qərarı olmadan, siyasi motivlərlə 1915-ci il hadisələri üçün "soyqırım” ifadəsini işlətmələri onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, - nazir qeyd edib.
Video bu linkdədir:My Webpage