azia.az
azia.az

16 yaşlı qardaş dörd yaşlı bacısını bıçaqlayaraq öldürdü

18-04-2022, 07:47

16 yaşlı qardaş dörd yaşlı bacısını bıçaqlayaraq öldürdü
Kirov rayonunun Nema kəndində dörd yaşlı qızın qətlinin təfərrüatı məlum olub. Xəbər verilir ki, valideynləri vanna otağında olarkən iki azyaşlı qızlarını ögey qardaşlarının yanında qoyublar.
Onlar otaqdan çıxdıqda dörd yaşlı qızın bıçaqlanaraq öldürüldüyünü, onun yeddi yaşlı bacısının isə huşsuz vəziyyətdə yerə sərildiyini görüblər.

Cəsədin kürək və boyun nahiyəsində bıçaq xəsarətləri, birinci sinif şagirdində isə pnevmatik tüfəngdən istifadə nəticəsində açılan iki yara və baş nahiyəsində çoxsaylı xəsarətlər aşkar edilib.

Polis şübhəli qismində qızların 16 yaşlı ögey qardaşını saxlayıb. Uşaqların anasının ilk nikahdan olan oğlu dindirilib. Ona qarşı azyaşlının öldürülməsi və öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi