BMT-də Rusiyanın əleyhinə və lehinə səs verən ölkələr, bitərəf qalanlar - SİYAHI
Xəbər verdiyimiz kimi, bu gün - aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasında iştirakını dayandırıb.
Məlumata görə, BMT Baş Assambleyasında Rusiyanın qurumdan çıxarılmasına dair qərarın lehinə 93, əleyhinə 24 ölkə səs verib, 58 ölkə bitərəf qalıb.
Qərar layihəsini ABŞ, Ukrayna, Latviya da daxil olmaqla bir sıra Qərb ölkələri hazırlayıb.
Türkiyə qərarın lehinə səs verib. Azərbaycan isə bitərəf qalıb.
Həmişə səsvermələrdə Rusiyanı dəstəkləyən Ermənistan da bu dəfə bitərəf qalmağa üstünlük verib.
Səsvermədə hansı ölkənin necə mövqe tutduğunu əks etdirən siyahı təqdim edilir: