azia.az
azia.az

NATO Çinə xəbərdarlıq etdi

24-03-2022, 20:09

NATO Çinə xəbərdarlıq etdi
NATO Çin Xalq Respublikasını Rusiyanın hərbi səylərini hər hansı şəkildə dəstəkləməkdən çəkinməyə çağırıb. Pravda.az-ın xəbərinə görə, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən fövqəladə iclasında bildirilib ki, Çin Rusiyaya sanksiyalardan yayınmağa kömək edəcək hər hansı hərəkətdən çəkinməlidir.
“Biz Çin rəsmilərinin son ictimai şərhlərindən narahatıq və Çini Kremlin yalançı rəvayətlərinə uymamağa və münaqişənin sülh yolu ilə həllini təşviq etməyə çağırırıq.” deyə qeyd olunub.
Leyla


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi