Rusiyanın alay komandiri Ukraynada öldürüldü
Rusiyanın 247-ci hücum alayının komandiri, əslən Stavropol bölgəsinin Nevinnomıssk şəhərindən olan Zizevski Konstantin öldürülüb.![]()
Xəbər verilir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
Bildirilib ki, qvardiya polkovniki olan Konstantin Ukraynada öldürülərək vətəninə yola salnıb, hazırda onun doğulduğu Stavropolda matəm ab-havası hökm sürür.
Geraşenko qeyd edib ki, bu kimi halların çoxalmaması üçün ruslar Ukraynaya qarşı təcavüzün dərhal dayandırılmasını tələb etməlidir. Yoxsa cənazə gəlməyə davam edəcək.
Ağarza Elçinoğlu