azia.az
azia.az

Vanqanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı öncəgörmələri üzə çıxdı: “Bir çox qurbanlar veriləcək..."

22-02-2022, 15:36

Vanqanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı öncəgörmələri üzə çıxdı: “Bir çox qurbanlar veriləcək..."
Rusiya-Ukrayna gərginliyi görücü Vanqanın proqnozlarını yenidən gündəmə gətirib.

Azia.az bildirir ki, ingilis mediasında qeyd olunan məlumata əsasən, Vanqa Rusiyanın dünyanın lider ölkəsi olacağını söyləyib. Məlum olub ki, görücü 1979-cu ildə yazıçı Valentin Sidorova "Hamı təsirlənəcək, amma heç kim o insana toxuna bilməyəcək. Vladimirin şöhrəti Rusiyanın şöhrətidir" deyib.

Kahin, həmçinin bu ifadələrə də yer verib: "Bir çox qurbanlar veriləcək, Rusiyanı heç kim dayandıra bilməyəcək, dünyanın tək super gücü və ağası bu ölkə olacaq. Hər kəs ondan uzaqlaşacaq və yolundan çəkiləcək”.

Qeyd edək ki, Vanqanın Rusiya haqqında daha bir çox oxşar öncəgörmələri olub. İddialara görə, "Hər şey əriyib gedəcək, sadəcə Vladimirin, Rusiyanın şöhrəti qalacaq”, cümləsini kahin hələ 27 yaşındaykən deyib.Sfera.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi