Qadın hesabı mən ödəyəcəm dedi: Borca baxanda heyrətə gəldi - VİDEO
Sevgililər günündən 4 gün keçməsinə baxmayaraq, həmin gün ilə bağlı yayılan yeni görüntülər böyük maraqla izlənilir.
Metbuat.az xəbər verir ki, Türkiyədə qadın kredit kartını həyat yoldaşına verərək, “Al sevgililər günü hədiyyəsi. 300-500 lirə deyilmi? Səndən dəyərlimi? Bu gün hesabı mən ödəcəyəm. Avtomobilin yanacaq çənini tam doldur” deyib. Ardınca hesabı görən qadın heyrətə gəlib. Yanacaq çəninin tam dolması 710 lirəyə başa gəlib.