Cənubi Kiprdə yaşananlar türklərin ciddi etirazına səbəb oldu - VİDEO
Son dövrlərdə Cənubi Kiprdə din xadimlərinin hərbi təlimlər keçirməsi Kiprdə yaşayan türklərin ciddi narahatçılığına və narazıçılığına səbəb olub.
“Ölkə.Az” xəbər verir ki, Cənubi Kiprdə yunanların bu təxribatçı hərəkətlərinə etiraz olaraq Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi açıqlama yaymaq məcburiyyətində qalıb.
KKTC Xarici İşlər Nazirliyi yunan milli mühafizə qvardiyası və yunan ortodoks kilsəsi ilə əməkdaşlıq çərçivəsində keşişlərin silah təlimi ilə bağlı mətbuatda əksini tapan görüntüləri yazılı açıqlamada dəyərləndirib.
KKTC XİN-nin yaydığı sənəddə deyilir: “Ən yaxşı atəş açan keşişlərə mükafat verilməsinə qədər varan bu təlimi ən kəskin şəkildə qınayırıq”.
KKTC eyni zamanda beynəlxalq aləmin gözü qarşısında baş verən hadisələrə səssiz yanaşılma da qınanılır.
“Bütün dünyanın şahidi olduğu bu düşmənçilik fəaliyyəti Kiprin yunan rəhbərliyinin və yunan pravoslav kilsəsinin əsas məqsədini ortaya qoydu. Bu görüntülər qarşısında adada razılaşmanı dəstəklədiklərini iddia edən beynəlxalq oyunçuların hələ də səssiz qalması təəccüblüdür”, - sənəddə qeyd olunub.