Hollandiyada acı mənzərə: Hər 3 qızdan 2-si...
Hollandiyada aparılan araşdırma xoş olmayan reallığı üzə çıxarıb.
Azia.az xəbər verir ki, araşdırmaya görə, Hollandiyada hər 3 gənc qızdan 2-si təcavüzə məruz qalır. Təcavüz əsasən fit çalma, söznən sataşmaq bəzən isə fiziki formada olur. Məsələ hökumət tərəfindən artıq nəzarətə götürülüb. Hökumət xoşagəlməz halların qarşısını almaq üçün qanuna dəyişiklik etməyə hazırlaşır. Küçədə qızlara təcavüz edənlər üçün cəzaların müəyyən edilməsi nəzərdən keçirilir.
Qadınların sözlərinə görə, küçə təcavüzləri onlarda qorxu yaradır. Qadınların 85 faizi təqib edilməsindən narahatdır.Metbuat.az