Şərqi Ukraynanı işğal edən general Qazaxıstandakı sülhməramlılara başçılıq edəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlılarının komandanı məlum olub.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, KTMT sülhməramlılarına Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdükov başçılıq edəcək.
Qeyd edək ki, 2015-ci ildə A.Serdükov Şərqi Ukraynanın işğalı zamanı Rusiya qoşunlarına komandanlıq edib.