azia.az
azia.az

İnəklərə tualetdən istifadə etmək öyrədildi - Alimlər dünyaya faydasını açıqlayıb - VİDEO

15-09-2021, 13:49

İnəklərə tualetdən istifadə etmək öyrədildi - Alimlər dünyaya faydasını açıqlayıb - VİDEO
İnəklərə tualetdən ətraf mühitin xeyrinə istifadə etməyi öyrədilib.

Yeni Zelandiyada zooloqlar inəklərə tualetdən istifadə etməyi öyrədə biləcəklərini aşkar ediblər. Heyvanların sidik və nəcislərinin torpağa daxil olma ehtimalı az olacaq, bunun nəticəsində atmosferə atılan istixana qazı tullantılarının həcmi kəskin azalacaq.

Azia.az xəbər verir ki, bu barədə “National Geographic” yazır.

İnəklərin tualetdən istifadəsi ilə bağlı araşdırma aparan Almaniyanın Ev Heyvanları Biologiyası İnstitutunun elmi əməkdaşı məsələ ilə bağlı bunları qeyd edib: “İnəklər, digər heyvanlar kimi, yeni bacarıqları öyrənə bilərlər. Onlara tualetdən istifadə etməyi öyrədə bilərikmi? Bu problemi qismən həll edə biləcəyimizi düşündük. Bir neçə illik təcrübədən sonra bu qənaətə gəldik ki, bütün inəklər bu bacarığa yiyələnə bilərlər. Buna əminik.
Təcrübə zamanı buzovların böyük əksəriyyəti tualetdə rahatlaşmaq üçün könüllü idi. Bu vərdişləri öyrətmək və onları cəsarətləndirmək üçün bu prosedurun təxminən on dəfə təkrarına ehtiyac duyulurdu”.

Alimlər hesab edir ki, onların bu kəşfi qlobal istiləşməyə qarşı mübarizədə köməkçi rol olynaya bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi