26 nəfər daşqınların qurbanı oldu - ABŞ-da
ABŞ-ın Qərbi Virciniya ştatında baş vermiş daşqınlar nəticəsində 26 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı 100-dək ev uçub, həmçinin yollara və infrastruktura ciddi ziyan dəyib. On minlərlə ev işıqsız qalıb.
Ştatın 44 dairəsində fövqəladə vəziyyət elan edilib, axtarış-xilasetmə işləri davam etdirilir.