Dövlət Katibi Entoni Blinken “STATUS”deməklə nəyə işarə edir?
Azia.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Entoni Blinken Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyana məktub göndərib. Erməni mediasının xəbərinə görə, Dövlət katibi göndərdiyi məktubda ilkin olaraq Mirzoyanı nazir təyin edilməsi ilə bağlı təbrik etsə də, məktubunda Entoni Blinken Qarabağla bağlı da yazmağı unutmayıb. Dövlət katibi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Qarabağ münaqişəsi başa çatıb,Azərbaycan 44 günlük müharibə ilə işğalda olan torpaqlarını azad edib,ölkənin ərazi bütövlüyün bərpa edib”-fikrini görməzdən gələrək məktubda qeyd edir ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli siyasi həllinə dəstək vermək üçün Ermənistanla birgə işləmək sadiqliklərini bir daha təsdiq edirlər. Minsk qrupu həmsədrləri çərçivəsində əsaslı danışıqların bərpasını təşviq edirlər.
Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Entoni Blinken Minsk qrupun dövrüyəyə salmaq üçün belə canfəşanlığın şərh edən “Atlas “Araşdırmalar Mərkəzinin rəhəbri,politoloq Elxan Şahinoğlu bildirib ki,
30 ilə yaxın Azərbaycan münaqiənin həlli istiqamətində Minsk qrupu çərçivəsində danışıqlarda iştirak edib: “Minsk qrupundan tələb etdi ki,münaqişənin həlli sürətlənsin,mərhələli həll planı qəbul edilsin.ATƏT-in minsk qrupu da müxtəlif planlar hazırladılar.Bunlardan bir neçəsini,qüsurlar olmasına baxmayaraq Azərbaycan qəbul etdi.Amma öz planını belə Minsk qrupu Ermənistana qəbul etdirmək istəmədi.Ermənistan məsələni uzatdı-uzatdı və nəhayət Azərbaycan qərar verdi 44 günlük savaşla torpaqlarının böyük hissəsini geri qaytardı.İndi Azərbaycanın Minsk qrupuna ehtiyacı yoxdu”. Elxan Şahinoğlu vurğulayıb ki,indi isə tam əksinə Ermənistan yalvarır ki,minsk qrupuna fəallaşsınlar,status məsələsin müzakirəyə çıxarsınlar: “Bu məsələni indi Amerikalı rəsmilər də gündəmə gətirməyə çalışırlar.Ermənistan rəsmilərinə məktublarında bu məsələyə toxunurlar.Fransa da eyni mövqedən çıxış edir.Rusiyada da müəyyən səslər eşidirik.Azərbaycan artıq statusu müzakirə etmir. Heç kim,heç bir dövlət bizi statusu müzakirə etməyə sürükləyə bilməz,dövlət başçısı İlham Əliyevin, Azərbaycan cəmiyyətinin qəti vövqei budur ki,məsələ həll olunub,status bizi maraqlandırmır.hazırda Azərbaycanın sülhməramlı qüvvələrin nəzarətində olan hissəsində olan ermənilər Azərbaycan qanunları ilə yaşamalıdırlar”. Politoloq ATƏT-in Minsk qrupunun həmsədirliyinə gəlincə isə buinları bildirib: “O ki,qaldı həmsədirlik inistitutuna,biz bu inistitutdan imtina etməsək də belə,artıq bu qrumun fəaliyyətində maraqlı deyilik.Əlbət də bölgəyə yenə səfərlər edə bilərlər,Amma necə ki,30 il Ermənistan qulaqardına vurdu onların təşəbbüslərini,gəlmələrini,indi də biz söhbət apara bilərik,müzakirə apara bilərik.Amma heç kim bizi,o cümlədən də Minsk qrupu status məsələsini müzakirə etməyə məcbur edə bilməz”.