Ərdoğandan Əfqanıstan açıqlaması
Əfqanıstandakı hadisələr və nizamsız miqrasiya ilə əlaqədar beynəlxalq diplomatiya aparırıq.
Azia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bölgəmizdə sabitliyi təmin etmək, ölkəmizi miqrasiya təzyiqlərinə qarşı qorumaq və millətimizin əmin-amanlığını təmin etmək üçün bütün zəruri addımları atmağa davam edəcəyik", - deyə Ərdoğan bildirib.