Qənini bağışlayırıq – Taliban açıqladı
Taliban Əşrəf Qəni də daxil olmaqla, bütün Əfqanıstan dövlət məmurlarına amnistiya tətbiq edib.
Azia.az xəbər verir ki, bunu Taliban liderlərindən olan Xəlil Əl-Rəhman Haqqani bildirib.
Haqqani Talibanla Prezident Əşrəf Qəni, vitse-prezident Əmrullah Saleh və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib arasında düşmənçilik olmadığını söyləyib.
"Bizim tərəfimiz generaldan (bizə qarşı vuruşanlardan) sadə insanlara qədər hər kəsi bağışlayır", - deyə o, əlavə edib.