Kürəkən qayınanasına təcavüz etmək istədi - "Ayaqlarımı sığalladı və..."
Büyükçekmecədə (Türkiyə) qızını ziyarətə gedən 65 yaşlı Türkan G. kürəkəni tərəfindən təcavüzə məruz qaldığını iddia edib.
haberler.com xəbər verir ki, gecəni qızının evində keçirən Türkan G. qonaq otağında yatıb. Gecə "yuxudan oyandım və kürəkənimin ayaqlarımı sığalladığını gördüm" deyib. Hadisədən şok olduğunu söyləyən qadın kürəkənin onu divara söykədiyini və cinsi təcüvüzə yol vermək istədiyini iddia edib. Türkan G. qışqıranda qızı Çiğdem N. otağa girib. Şikayət əsasında nəzarətə alınan Gökhan N. isə arvadı və anasının ona qarşı hiylə qurduğunu söyləyib.
Hadisə günü birlikdə səhər yeməyi yediklərini və arvadının ayrılmaq istədiyini söylədiyini izah edən Gökhan "həyat yoldaşım, anası və xalası mənə qarşı hiylə qurdular" deyib. Dindirildikdən sonra sərbəst buraxılan Gökhan N. haqqında 10 ilə qədər həbs cəzası tələbi ilə iddia açılıb. Gökhan N.-nin məhkəməsi yaxın günlərdə başlayacaq.