“Peyvənd gözlənilən nəticəni verməyib, insanlar ölməyə davam edəcək” - ÜST-dən dəhşətli proqnoz
Dünya ölkələrində yoluxma əleyhinə başladılan vaksinasiya prossesi gözlənilən nəticələri verməyib.
Azmedia.Az xəbər verir ki, "AstraZeneca” peyvəndinin vurulması zamanı artan ölüm halları səbəbilə 10 ölkədə bu peyvəndin istifadəsi dayandırılıb.
Belə ki, peyvənddən sonra dünyasını dəyişənlər qan laxtalanmasından vəfat ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının sonuncu iclasında ölümlərin səbəbinin araşdırılacağı və ictimaiyyətə çatdırılacağını bildirilib.
ÜST baş katibi bu günə qədər 2 milyondan çox insanın virusdan dünyasını dəyişdiyini bildirib. O qeyd edib ki, bundan sonra da virusdan ölənlər olacaq:
"Vaksinasiya prosesinin mümkün olduğu qədər sürətli şəkildə həyata keçirilməsi vacibdir. Əgər vaxt uzanarsa insanlar ölməyə davam edəcək”.//yenisabah.az