azia.az
azia.az

Donbas könüllüləri Qarabağda Azərbaycana qarşı vuruşmaqdan imtina etdi - SENSASİON DETALLAR

4-11-2020, 04:21


Ermənistan dövlətinin və erməni diasporunun xahiş-minnətinə baxmayaraq, Donbas könüllüləri Qarabağa gəlməyi məqsədəuyğun bilməyiblər.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Komsomolskaya Pravda” yayıb. Məlumatda deyilir ki, qondarma qurumun baş naziri, Donbas Könüllüləri Birliyinin rəhbəri Aleksandr Boroday deyib ki, “Yüzlərlə mesaj almışıq. İnsanlar Qarabağa getməyin lazım olub-olmadığını soruşurlar. Doğrudur, bir çox könüllülərimiz fərdi qaydada Qarabağa gedib və bir qədər orda “əylənərək” geri qayıdıblar”.

Qondarma qurumun rəhbəri çıxışı zamanı maraqlı bir etiraf da edib. O deyib ki, “Ermənistan Qarabağda “müstəqillik oyunu” oynamağa başladı. Bir çox erməni iş adamları və siyasətçiləri məni inandırmağa çalışırdılar ki, Qarabağda əsl İsveçrə quracaqlar. İndi belə çıxır ki, orada yalnız qapıçılar qalıb, qalanları qaçıb… Bütün bu illər ərzində Ermənistan Rusiya üçün bir yük olub. Bu gün Ermənistan Kalininqrad kimi Rusiyanın bir anklavıdır”.

Aleksandr Boroday fikrini belə yekunlaşdırıb: – “Qarabağda könüllülər çox xoş qarşılanır, amma qərbyönümlü bir hökumətin Yerevanda otuduğu müddətcə ora getməyə ehtiyac yoxdur”.

Bax, burda məşhur kinomuzdakı ifadə yada düşür: “Paşa, bomba rabotay”.

Gecə-gündüz dünya dövlətlərinin qulağını dəng edib, Azərbaycan tərəfdən muzdluların döyüşdüyünü anqıra-anqıra deyən Nikol Paşinyana bomba sürpriz. Həə, birdə ABŞ, Rusiya, Fransa, Almaniya və daha neçə-neçə ermənipərəst dövlətlərin başçılarına istədikləri fakt…

İndi gördünüzmü ki, Qarabağda muzdlular kimin tərəfindən vuruşur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi