Alyaskada rekord istilər qeydə alınıb
Alyaskada tarixin ən yüksək temperatur göstəricisi qeydə alınıb. “RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın Meteorologiya xidməti açıqlama yayıb.
Bildirilib ki, iyulun 4-də Alyaskanın ən böyük şəhəri Ankoricedə temperatur 32.2 dərəcə selsiyə qədər yüksəlib.Buna qədər sonuncu ən yüksək göstərici 1969-cu ildə qeydə alınmışdı – 29.4 dərəcə.Qeyd edək ki, yüksək hərarətin bir neçə gün davam edəcəyi gözlənilir.