azia.az
azia.az

Şərqin ilk dünyəvi demokratik dövləti olan Azərbaycan

27-05-2019, 16:48

Şərqin ilk dünyəvi demokratik dövləti olan Azərbaycan
28 May Respublika Günü harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxarət və qürur günüdür. Uzun fasilədən sonra Azərbaycan xalqı özünün müstəqil dövlətçiliyini əldə etdi, taleyini özü həll etmək imkanını qazandı. Dövlət quruculuğuna başlanıldı, müstəqil dövlətin beynəlxalq aləmdə tanınması üçün ciddi fəaliyyət göstərildi. Ordu quruculuğuna başlanıldı ki, bu da erməni millətçilərinin tarixi Azərbaycan torpaqlarına iddialarının qarşısının alınmasına imkan verdi. Vətəndaşların maariflənməsi üçün ciddi addımlar atıldı. Amma çox təəssüflər olsun ki, həmin dövr Azərbaycan xalqı müstəqilliyə hazır olsa da, hələ zaman və şərait buna hazır deyildi. Yenidən Azərbaycan işğal olunub başqa bir dövlətin tərkibinə qatıldı. 1918-1920 illərin şərəfli tarixi bizə müstəqilliyimiz uğurunda mübarizə aparmaq üçün yeni bir qüvvə verdi. 1993-cü ilin 15 iyunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bizim müstəqillik tarixi yenidən yazılmağa başladı. Artıq 1993-cü ildən illər ötüb, biz Azərbaycanın müstəqilliyini möhkəmləndiririk və hər bir vətəndaş bundan qurur hissi duyur. Şübhəsiz ki, indiki müstəqil Azərbaycan dövləti Azərbaycan Demokratik Respublikasının şərəfli davam edicisidir. Bizim müstəqilliyimiz əbədidir, dönməzdir və heç bir zaman biz müstəqilliyimizin yenidən itirilməsinə imkan verməyəcəyik.
28 May Respublika Günü Azərbaycanın şərəf tarixidir. Yəni 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Düz bir əsir əvvəl, bizdən öncəki insanlar Şərqdə ilk demokratik cümhuriyyəti qurmaqla Azərbaycan tarixinə çox fərqli bir məqamı yazmış oldular. Azərbaycan xalqı 101 ildən sonra da həmin günlə fəxr edərək qürur duyur. 28 May Respublika Günü də Azərbaycanda ən yüksək səviyyədə qeyd olunur. Prezident İlham Əliyev tədbirdə çıxışında da bunu ayrıca vurğuladı. Azərbaycan dövlətinin müstəqilliyinin əsasını, məhz 1918-ci ildə qoyulduğunu xüsusi olaraq, respublika idarəetmə üsulunun o gün tətbiq olunması ilə bağlı məqamlar bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Bir sözlə, bu gün bizim üçün çox böyük qürur və fəxarət günüdür.
1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.
Bu çətin şəraitdə Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən çıxara bilmişdir, inkişaf yoluna qoya bilmişdir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.
Qonşu dövlətlərlə, böyük dövlətlərlə münasibətlərin qurulması Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Ciddi iqtisadi islahatların nəticəsi olaraq Azərbaycana böyük sərmayə axını müşahidə edilməyə başlamışdır. “Əsrin kontraktı” imzalanmışdır ki, bu, iqtisadi müstəqilliyimizi şərtləndirən əsas amil olmuşdur. Hamımız yaxşı bilirik ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Ordu quruculuğunda böyük addımlar atılmışdır. Azərbaycanda nizami ordu yaradıldı. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan inkişaf yolu ilə inamla gedir və bu gün bu inkişaf davam edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Prezident İlham Əliyev: “Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. İndi deyə bilərəm ki, belə cəhdlər də yoxdur. Ona görə ki, biz prinsipial siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir”
Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Ölkəmizlə əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır. Dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik.
Güclü ordu müstəqilliyin əsasıdır, təhlükəsizliyin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Güclü iqtisadi əsaslar gələcəkdə də imkan verəcək ki, Azərbaycan heç kimdən asılı olmayaraq uğurla inkişaf etsin.
Son illər ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir - Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır və bu, dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuza bərabər səviyyədədir. Bizim xarici borcumuz o səviyyədədir ki, ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Bunu biz özümüz yaratmışıq, heç bir yerdən kömək, yardım almadan, düşünülmüş siyasət, atılan düzgün addımlar nəticəsində. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır.
Bizim iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir, inkişafda olan ölkələr arasında inkişafa görə üçüncü yerdədir. Bunu biz demirik, bunu dünyanın birinci iqtisadi forumu olan Davos İqtisadi Forumu deyir. Bizim gələcəyimiz etibarlı əllərdədir.Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir

Səkinə Babayeva,
Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının (AQSA) sədri,
“Bakı Tekstil Fabriki” MMC-nin direktoru

Şərqin ilk dünyəvi demokratik dövləti olan Azərbaycan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi