azia.az
azia.az

“Gecələr cinsi münasibət üçün azərbaycanlı qız axtarırlar, sonra da…” – Üzünü gizlədən Sevincdən şok sözlər (VİDEO)

18-01-2019, 11:28

“Gecələr cinsi münasibət üçün azərbaycanlı qız axtarırlar, sonra da…” – Üzünü gizlədən Sevincdən şok sözlər (VİDEO)
Azia.az xəbər verir ki,Məşhur bloger Ali Əthab ərəb turistlərin Azərbaycana axını və burada artan ölüm hadisələri ilə bağlı Bakıya gəlib.
O, burada ərəblərin yaşam tərzlərini araşdırıb və bu haqda geniş video-reportaj hazırlayıb. Reportajda ölkəmizin adı heç də yaxşı hallanmır. Belə ki, nəzarətsiz qalan gecə klublarında gənc qızların ərəblərlə qiymət danışığı, pul qarşılığında onlarla cinsi əlaqəyə girmələrindən bəhs edilib.

Ali Əthabın Bakıya əsas gəliş səbəbi burada ərəb turistlərin ölüm səbəbini araşdırmaqdır. Bununla bağlı bir çox şəxslərlə görüşən bloger, Bakıda ərəb turistlərə tərcüməçilik edən Sevinc adlı azərbaycanlı qızla da danışıb. Sevincin açıqlamaları bir çox məsələyə aydınlıq gətirib.

Sevinc Ərəb turistlərin Bakıya gəliş səbəbinin yüngül əxlaqlı qadınlar olduğunu deyib: “Burada ərəblər üçün hər bir şərait var. İstirahət yerləri, lüks otellər, görməli rayonlar və s. Üstəlik dolların baha olması da əsas amillərdən biridir. Bu səbəbdən Azərbaycana ərəb turistlər çox gəlir. Amma turistlər iki hissəyə bölünürlər. Bir hissəsi gəzməyə, bir hissəsi isə fahişlərə görə gəlir. Gənclər əsasən Bakıdan kənara çıxmırlar. Çoxunun da yaxşı pulu var. Bəziləri ev tuturlar, bəziləri otellərdə qalırlar.

HƏMÇİNİN OXU! – Ərəblərin Bakıda fahişə ovladıqları gecə klubları və otellər – Gizli çəkiliş (FOTOLAR,VİDEO)

Hər gün diskotekaya, barlara, gecə klublarına gedirlər. Məqsədləri orada gənc qızlarla tanış olmaq, onlarla cinsi münasibətə girməkdir. Otellər də həmin qadınlara kömək edirlər. Hər bir fahişədən əlavə 20 dollar alırlar. Ərəb turistlərin ölüm səbəbi də intimə bağlıdır. Hər gün içki içib, gecə klublarında əylənirlər, sonda da cinsi istəyi artıran dərman içirlər. Spirtli içki ilə bu dərmanların birlikdə qəbulunun sonunda ölüm halları yaşanır. Ailəvi gələn ərəblər isə Qəbələ, Quba kimi rayonlara üz tuturlar. Çünki onların məqsədi istirahət edib, gəzməkdir”.

Ali Əthabın hazırladığı reportaj İraq telekanallarında da yayımlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi