azia.az
azia.az

Qida Təhlükəsizliyi Agentliyi “Veysəloğlu”nu necə şantaj edib? – virus ajiotajının gizlinləri…

27-09-2018, 11:42


Qida Təhlükəsizliyi Agentliyinin ölkənin qida sənayesində sabotajla məşğul olduğu, nəhəng yeyinti məhsulları holdinqləri əleyhinə qara piar apardığı, bununla bağlı dövlət rəhbərliyinə məruzə ediləcəyi xəbərləri yayılmaqdadır.

Mediatv.az Cahan.info-ya istinadən xəbər verir ki, qurumun “Tutku”,“Pop Kek”, “Ozmo” kimi məhsullarda virus aşkarlandığı açıqlamasının yaratdığı ajiotaj agentliyin özünü pis vəziyyətə salıb.

Bu məhsulların “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən idxal olunmasını nəzərə alsaq, agentliklə holdinq arasında ciddi qarşıdurma yarandığını söyləmək olar.

Qida Təhlükəsizliyi Agentliyinin sözügedən məhsullarda virus aşkarlandığını bəyan etməsinin kampaniya xarakterli olduğu xəbər verilir və bu məqsədlə ad çəkmədən “Veysəloğlu” şirkətinə zərbə vurmaq niyyəti güdülüb.

Bəzi iddialar səslənir ki, agentlik şirkətdən umacağını ala bilmədiyinə görə bu məlumatı yayıb. Ortada külli miqdarda məbləğdən söhbət getdiyi deyilir. “Veysəloğlu” isə haqlı tərəf olduğunu və bu iftiraya görə dövlət rəhbərliyinə məruzə edəcəyini söyləyib.

Məsələnin ciddiliyini anlayan QTA sədri Qoşqar Təhməzli geri çəkilməli olub. Odur ki, dərhal məsələyə aydınlıq gətirilib. Hətta şirkət qurum qarşısında tələb qoyub ki, üç gün ərzində təkzib versinlər.

Agentlikdən Trend-ə verilən açıqlamada qeyd edilir ki, son günlər ölkəyə idxal olunan bəzi şirniyyat məhsulları ilə bağlı ümumiləşdirilmiş və dəqiq olmayan məlumatlar yer alıb.

Qurum vətəndaşların nəzərinə çatdırır ki, qeyd olunan məhsullar (“Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud konservindən ) müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur.

Agentlikdən deyilib ki, dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb. Aidiyyatı şirkətin adı açıqlanmasa da, söhbət “Veysəloğlu”dan gedir.

Agentlik yaydığı məlumatda bildirir ki, satış şəbəkələrində eyni adda olan məhsullar digər partiyalara aid olan məhsullar olmaqla Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdən keçmiş təhlükəsiz məhsullardır. Yəni, sözlərini düzəldiblər.

Cahan.info xəbər verir ki, bu əsnada vatsapla insanlara səs göndərilir və “Azərsun” holdinqin məhsullarının zərərli olması haqda həyəcan təbili çalınır. Bunu edənlərin kimliyi təsbit edilməsə də, qida sektorundakı şirkətlərə qarşı kampaniya aparıldığı göz qabağındadır.

Faktiki olaraq “Veysəloğlu” Q.Təhməzlinin agentliyi tərəfindən şantaja məruz qalıb və qərəzli kampaniya ilə qarşılaşıb. Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq, mövcud problemlərin heç olmasa bir qismi öz həllini tapacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı.

Agentliyin məhsullarda virus olduğunu açıqlaması, sonra düzəliş edərək bir partiyada bunun olduğunu deməsi, digər məhsulların təhlükəsizliyinə zəmanət verməsi kifayət qədər ziddiyyətli açıqlamalardır. “Tutku”, “Ozmo” xaricdən idxal olunan məşhur firmalardır, illərdir bazarda etibar qazanıblar, valideynlər övladlarına bu şirniyyatları alarkən tərkibində hansısa zərərli maddə olduğuna tərəddüd etmirlər.

Ancaq qəflətən QTA “Veysəloğlu”nun gətirdiyi bu mallarda “virus” tapır, sonra şirkətin haqlı müqaviməti ilə üzləşdikdə geri çəkilir. Şirkət öz haqqını tələb edir və bazarda nüfuzuna əsassız yerə xələl gətirilməsinə imkan vermir.

Belə versiyalar irəli sürülür ki, bu qurum tezliklə Kənd Təsərrüfatı Nazirliyinə veriləcək və İnam Kərimova etimad göstəriləcək. Son hadisələrin də prezidentə məruzə olunacağı təqdirdə Q.Təhməzlinin mövqeyinin laxlayacağı istisna edilmir.İstinad olunan mənbə bu linkdir:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi