azia.az
azia.az

Mənşəyi məlum olmayan 390 kiloqram ət aşkarlanıb

27-09-2018, 12:15

Mənşəyi məlum olmayan 390 kiloqram ət aşkarlanıb

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının müəyyən olunması məqsədilə reyd keçirilib və nəticədə, mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulları aşkar edilərək götürülüb.

Bu barədə Azia.az xəbər verir ki, Oxu.Az-aistinadən DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabrın 26-da, saat 08:00 radələrində BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda Biləsuvar rayon sakini Əli Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürülüb.

Elə həmin gün saat 11:00 radələrində BDYPİ YPXA-nın 6-cı tağımının əməkdaşları tərəfindən Bakı-Qazax yolunun 14-cü kilometrliyində Lənkəran rayon sakini Elnur Miriyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil də nəzarət qaydasında saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi