Kəramət Böyükçöl Tural Sadıqlının şər-böhtanını ifşa etdi-VİDEO
Yazıçı Kəramət Böyükçöl xaricdə söyüş və şər-böhtan müxalifətinin nümayəndələrindən biri olan Tural Sadıqlını bir sualla ifşa edib. Yenilik.az xəbər verir ki, xaricdə yaşayan Elbəyi Həsənli Tural Sadıqliya ünvanlanmış fikirləri səsləndirib. Onların arasında tanınmış yazıçı Kəramət Böyükçölün də fikirləri yer alıb. Belə ki, Kəramət Böyükçöl Tural Sadıqlının necə yalançı və böhtançı olduğunu konkret bir nümunə ilə subut edib.
Kəramət yazıb ki, "Mən iki il bundan qabaq Texnika Universitetinin qarşısında Zirzəmidə ayda 700 manat icarəyə bir yer götürmüşdüm. Orada özümə kitab mağazası açdım. Onda Tural Sadıqlı mənim haqqımda yazmışdı ki, hakimiyyət Kəramət Böyükçölə kitab mağazası hədiyyə etdi. Mən ona cavab vermədim. Çünki şərə böhtana öyrəşmişəm, vərdiş etmişəm. Kim nə deyir, deyirəm ki, düz deyirsən. Çünki Azərbaycanda şərlə, böhtanla dalaşmaq mümkün deyil. Dalaşsan uduzacaqsan. Sadəcə elə adam olmaq lazımdır ki, sənə şər, böhtan yapışmasın. Mən o kitab mağazasını cəmi altı ay işlətdim. Çünki icarəni verə bilmədim və daha heç vaxt Tural Sadıqlının belə özəl xəbərlərinə inanmadım. fikirləşdim ki, burada burdan bura bir yazıçının Elmlərdə nə işlə məşğul olduğunu bilməyən adam bilərəkdən və ya bilməyərəkdən ona şər atan, yalandan “hakimiyyət kitab mağazası verib” deyən adam mən nə bilim hansısa məmur haqqında dedikləri o cür yalan şər və böşdan deyil. Sonra biləndə ki, mən o kitab mağazasını bağladım, məndən üzr də istəmədi, səhv etdiyini də etiraf etmədi."
Bu günlərdə Almaniyada Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə dialoqunda da Tural Sadıqlı yalan danışmaq adətinə sadiq qalaraq Almaniyada yüzminlərlə azərbaycanlının mühacirətdə olduğunu bildirmiş və Hikmət müəllim dərhal sərt reaksiya verərək onu öz yalanına düzəliş etməyə məcbur etmişdi. Lakin bu dəfə də Tural Sadıqlı yalançılığını davam etdirərək "onminlərlə" rəqəmini söyləmiş, yenə də Hikmət Hacıyevin etirazı qarşısında kəkələməyə başlamışdı. Görünür yalan, şər və böhtan Tural Sadıqlının və onun kimilərin qanına işləyib və aldıqları nəfəs də yalandır. Təsadüfi deyil ki, Fransa məhkəməsi hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin “sağ əli” sayılan Qənimət Zahid barəsində qərar qəbul edib və uzun sürən hüquqi prosesdən sonra böhtana məruz qalan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə kompensasiya ödənilməsi təmin olunub. Qənizadə bunu hüquqi müstəvidə əldə edilmiş mühüm nəticə kimi qiymətləndirərək bildirib ki, məqsədi xaricdə sığınacaq almış, böhtan və təhqiri fəaliyyət üsuluna çevirən şəxslərin qanun qarşısında cavab verməsinə nail olmaq olub.