Hansı hallarda nikah məhkəməyə getmədən, Qeydiyyat Orqanında pozula bilər?
Azərbaycanda boşanma prosedurları və nikahın pozulması şərtləri cəmiyyətdə hər zaman ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Bir çox vətəndaşlar nikahın pozulması üçün mütləq məhkəməyə müraciət etməyin vacib olub-olmadığı ilə bağlı tez-tez suallar verirlər. Əslində, ölkə qanunvericiliyi müəyyən xüsusi hallarda boşanma prosesinin məhkəməsiz, birbaşa qeydiyyat orqanında (VVAQ) həyata keçirilməsinə imkan yaradır. Ailə Məcəlləsində bu cür hallar dəqiq şəkildə təsbit olunub və tərəflərin hüquqları çərçivəsində müvafiq qaydalar müəyyənləşdirilib.
Xəbər verilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikahın qeydiyyat orqanında pozulması konkret şərtlər daxilində mümkündür:
"Nikah qarşılıqlı razılıq olduqda və yetkinlik yaşına çatmayan (yəni 18 yaşdan aşağı) ümumi uşaqlar olmadıqda qeydiyyat orqanında pozula bilər.
Bundan başqa, 18 yaşına çatmayan uşaqların olub-olmamasından asılı olmayaraq:
•Ər və ya arvad məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə,
•Və ya ər-arvad məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə,
ər və ya arvadın ərizəsi əsasında nikahın pozulması birbaşa qeydiyyat orqanında aparılır.