azia.az
azia.az

Təcili yardımı əsassız məşğul edənlərin sayı açıqlandı

Bu gün, 08:15

Bu ilin ilk 6 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 38 min 418 əsassız çağırış daxil olub.

Axar.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, əsassız çağırışlar resurslardan səmərəli istifadə olunmasının qarşısını alır, eləcə də təcili çağırışlara operativ xidmət göstərilməsi prosesinə mənfi təsir edir.

Belə hallarda briqadaların əsassız çağırışlara cəlb olunması real təcili vəziyyətlərə çatma müddətinin uzanmasına səbəb ola bilər.

Hazırda TƏBİB tərəfindən vətəndaşlar arasında təcili tibbi yardım xidmətindən düzgün istifadə ilə bağlı mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Məqsəd əhalidə bu xidmətin yalnız təcili və təxirəsalınmaz hallarda çağırılmasının vacibliyi barədə məlumatlılığı artırmaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi