azia.az
azia.az

Sabiq icra başçısına yeni vəzifə verildi

Bu gün, 12:39

Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.
Azia.az bildirir ki, ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu vəzifəyə şəhərin nüfuzlu ağsaqqallarından olan Eldar İsmayılov gətirilib.

Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub.

1990-cı ildə Ali Sovetinin deputatı seçilib.

1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1999- 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü olub.

2014-cü ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-Aparat rəhbəri postunu tutub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi