Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb-RƏSMİ
Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb.
Azia.az-n məlumatına görə, bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə mağazalarda bir qəpiyə satışa çıxarılan yumurtaların keyfiyyətsiz olduğu ilə bağlı iddialar yayılıb.