Balıq yağı içmək faydasız imiş – Gözlərə təsiri yoxdur
Amerikalı alimlərin yeni araşdırmasına görə quru göz sindromunda – quru keratokonyuktivitdə gözlər kifayət qədər göz yaşı ifraz etmir, göz almasını örtən göz yaşı örtüyü stabil olmur. Buna görə gözlərdə quruluq, yanma hissi, yorğunluq, görmənin zəifləməsi baş verir.
Artıq illərdir ki, belə bir mif gəzir ki, göz problemlərində balıq yağı içmək faydalıdır.
Son araşdırmada quru göz sindromundan əziyyət çəkən 535 nəfər iştirak edib. Onlardan 349 nəfəri hər gün Balıq yağı Omeqa 3 böyük dozalarda qəbul ediblər. Qalan 186 nəfər plasebo – zeytun yağı qəbul edib.
Yarım illik müalicədən sonra aparılan analizlər göstərdi ki, hər iki qrupda orta səviyyədə yaxşılaşma müşahidə olunub. Aralarındakı fərq 13,9-12,5 bal idi. Bu fərq isə çox az idi. Bu rəqəm onu göstərdi ki, balıq yağının gözlərə elə də yüksək təsiri yoxdur.
" Araşdırmalar sübut etdi ki, bu iki dərmandan hansının konkret olaraq insana təsir etməsini dəqiq qiymətləndirmək mümkün deyil. Çünki plasebo qəbul edən iştirakçıların yarısı gözlərində yaxşılaşma hiss etdiyini bildirdi”.
Digər balıq yağı qəbul edənlərdə olan yaxşılaşma da elə plasebo qəbul edənlərə bərabər idi. O zaman məhz balıq yağının effektiv olduğunu demək düzgün olmaz.