Məşhur iş adamı Vasif İsmayılovun şirkəti dövlətə BORCLANDI+ FOTOFAKT
Tanınmış iş adamı Vasif İsmayılovun təsisçisi olduğu "Ulu Göyçə" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə külli miqdarda vergi borcu olduğu üzə çıxıb.
32gun.az portalının əldə etdiyi məlumata görə, hazırda sözügedən şirkətin dəqiq olaraq 13540.04 AZN vergi borcu mövcuddur.
Nizamnamə kapitalı 100 AZN təşkil edən "Ulu Göyçə" MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Dəri Emalı Zavodu olaraq qeydiyyata alınıb. Şirkətin rəsmi sənədlərdə qanuni təmsilçisi isə tanınmış iş adamının oğlu Kamran Vasif oğlu İsmayılzadədir.