azia.az
azia.az

Şuşa Teatrının ləğv edilən 30 minlik tenderi dərhal yenidən elan olundu

Bu gün, 09:55

Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşaların quruluşunda istifadə ediləcək texniki avadanlıqların satın alınması məqsədilə keçirdiyi və "yetərsay" mətni ilə ləğv edilən tenderi elə bu gün yenidən elan edilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, yeni satınalma müsabiqəsi tamamilə eyni texniki tələblər və dəyişməz olaraq 30 241.63 AZN ehtimal olunan qiymətlə təkrarən dövlət satınalmaları portalına yerləşdirilib.

Xatırladaq ki, teatr üçün noutbuk, printer, peşəkar işıq-səs sistemləri, duman aparatları və digər səhnə avadanlıqlarının tədarükünü nəzərdə tutan əvvəlki tender iştirakçı sayının üçdən az olması səbəbindən qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilmişdi.

Ayaz 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi