azia.az
azia.az

Paşinyanın “casus” ittihamı məhkəmə predmeti oldu

Bu gün, 14:56

Nikol Paşinyan məhkəməyə verilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İrəvanın Mülki İşlər Məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı qaldırdığı iddiaya baxılması barədə qərar qəbul edib. Qərarı hakim Naira Avetisyan verib.

Tsarukyan Paşinyandan mayın 28-də brifinq zamanı səsləndirdiyi bəyanatları ictimaiyyət qarşısında təkzib etməyi, üzr istəməyi və 9 milyon dram təzminat ödəməyi tələb edir.

İddiada Baş nazirin Tsarukyanı "cinayətkar", "casus" və "agent" adlandırdığı, onu "Ermənistan xalqını qarət etməkdə" və "cinayətkar sövdələşmədə" ittiham etdiyi ifadələrə etiraz edilir. Həmçinin, Paşinyanın Andranik Tevanyanın guya xarici xüsusi xidmət orqanının göstərişi ilə partiya siyahısına daxil edildiyi barədə bəyanatı da mübahisə predmeti olub.

İddiaçı böhtan və təhqirə görə təzminatla yanaşı, məhkəmə xərclərinin ödənilməsini də tələb edir. İddiaya əsasən, təkzib və üzrxahlıq bir sıra Ermənistan mediası və internet platformaları vasitəsilə yayılmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi