azia.az
azia.az

Özünü amerikalı iş adamı kimi təqdim etdi, həkimin 2,5 milyon dollarını aldı

Bu gün, 19:18

Honq Konqda yaşayan diş həkimi Siu P.Y.F.-ni özünü amerikalı iş adamı kimi təqdim edərək evlilik və investisiya vədi ilə 2 il ərzində 2,5 milyon dollar aldadan Nigeriya vətəndaşı Kinqsli O. və 5 şəriki İstanbulda keçirilən əməliyyatla yaxalanaraq məhkəməyə göndərilib.

Qaynarinfo xəbər verir ki, Honq Konqda yaşayan Siu P.Y.F. 2020-ci ildə internetdəki tanışlıq saytında özünü "Richard" adlı amerikalı iş adamı kimi təqdim edən şəxslə tanış olub. Telefon danışıqları ilə başlayan münasibət qısa zamanda yaxınlaşıb və tərəflər evlənmək qərarına gəlib.

Bir müddət sonra şübhəli qadına zəng edərək İstanbula gəldiyini, investisiya planı olduğunu və pula ehtiyac yarandığını deyib. Bu iddialara inanan qadın 2020-2022-ci illər arasında müxtəlif bank hesablarına ümumilikdə 2,5 milyon dollar köçürüb. Daha sonra isə əlaqə kəsilib. Qadın Honq Konq polisə şikayət edib.
 



Honq Konq polisi uzun müddət aparılan araşdırmalara baxmayaraq nəticə əldə edə bilmədiyi üçün zərərçəkmiş İstanbul prokurorluğuna da müraciət edib.

İstanbulda aparılan istintaq zamanı pulların köçürüldüyü hesablar izlənib və 5 şübhəli saxlanılıb. Onlardan 4-ü hadisəni xatırlamadığını deyib, 1 nəfərin isə pulun "Richard” adı ilə tanınan Nigeriya vətəndaşı Kinqsli O.-ya verildiyini bildirdiyi qeyd olunub.

Bunun ardınca polis özünü "Richard” kimi təqdim edən Kinqsli O.-nu da ələ keçirib.

Şübhəlilər polis idarəsində ifadə veriblər. Kinqsli O. ittihamları qəbul etməyib. Araşdırma davam edir və 6 şübhəli məhkəməyə göndərilib.

Aydın


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi