azia.az
azia.az

Tural Abbaslı: “Deputatlar öz maaşlarının azaldılmasına səs verməzlər”

Bu gün, 20:01

Macarıstan parlamenti deputatların maaş və müavinətlərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib. Yeni qanuna əsasən, deputatların aylıq maaşları 40% azaldılaraq 6200-dən 3700 dollara endirilib.

 

Bəs Azərbaycan belə təklif olarsa reaksiya necə olardı?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, əslində kimlərinsə maaşların endirilməsi ilə bağlı deyil, artırılması ilə bağlı danışılmalıdır.

 

Partiya sədrinin sözlərinə görə, bu gün minimum əmək haqqı 400 manatdır, nazirlər, deputatlar, komitə rəhbərləri, həmçinin digər böyük vəzifədə olanlar minimum əmək haqqı ilə müqayisədə kifayət qədər kifayət qədər yüksək maaş alırlar: “Biz yüksək maaşların endirilməsindən daha çox minimum əmək haqlarının  qaldırılmasının tərəfdarıyıq. Belə fərqli maaşların yaxınlaşdırılmasının iki yolu var. Ya çoxalanı azaldırsan, ya da azalanı çoxaldırsan... Biz iqtisadiyyatımızı gücləndirməliyik ki, az maaş alan da çox alsın. Bu baxımdan pozitivə yüklənmək daha yaxşıdır nəinki neqativə... Təbii ki, deputatlar öz maaşlarının azaldılmasına səs verməzlər. Bu, normal da qəbul olunmaz. Macarıstanda yeni hökumət gəlib. Özlərini əvvəlki hökumətlə müqayisələndirmək və onlardan vətənpərvər olduqlarını sübut etmək üçün bir az populist addımlara gedirlər. 3200 alacaq deputatlar sabah korrupsiya, rüşvətə bulaşsa necə olacaq? Bəzi ölkələrdə məmurların maaşını yüksək edirlər ki, vəzifəsindən, səlahiyyətlərindən sui-istifadə etməsinlər. Biz burada minimum əmək haqqını deputat maaşına yaxınlaşdırmaq üzrə müzakirələr aparmalıyıq”.

 

Şəhanə Qədirli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi