azia.az
azia.az

Abbas Əraqçidən şok açıqlama: Bölgəni tərk edin

Bu gün, 09:03

İranın xarici işlər naziri Abbas Əraqçi regionda ordu yerləşdirən ölkələrə bölgəni tərk etməyi tövsiyə edib.

A. Əraqçi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Ərazimizin yaxınlığındakı xarici qüvvələr öz insan xətaları, adi qəzalar və ya potensial olaraq çarpaz atəş arasında qalmaq səbəbindən daimi risk altındadırlar", - o xatırladıb.

Əraqçinin sözlərinə görə, riski azaltmaq üçün ən yaxşı həll yolu onların bölgədən çıxmasıdır: "Biz diplomatiya dilinə üstünlük veririk, lakin başqa dillərdə də danışırıq".

Xatırladaq ki, ABŞ-nin"AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. ABŞ Prezidenti Donald Tramp isə "Apache"ni İranın vurduğunu iddia edib və İslam Respublikasını cavab hücumu ilə hədələyib.

/report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi