Əsrin ən nadir hadisəsinin vaxtı açıqlandı-DİQQƏT
Əsrin ən uzunmüddətli tam günəş tutulmasının dəqiq tarixi açıqlanıb.
Bu nadir kosmik hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Səmada rekord müddətdə – 6 dəqiqə 23 saniyəlik qaranlıq yaranacaq. Təbii proses zamanı Ay Günəşin qarşısını tamamilə kəsəcək. Nəticədə gündüz vaxtı ətraf tam qaranlığa qərq olacaq.
Nadir hadisə harada görünəcək?
Tam günəş tutulmasını aşağıdakı ölkələrdən izləmək mümkün olacaq:
İspaniya və Mərakeş
Əlcəzair və Liviya
Misir və Səudiyyə Ərəbistanı
2026-cı İldə "Atəş Halqası" gözlənilir
Daha yaxın tarixdə, 12 avqust 2026-cı ildə həlqəvi günəş tutulması baş verəcək. Bu zaman səmada nadir "atəş halqası" formalaşacaq. Həmin hadisə Avropa, Kanada, Qrenlandiya və Rusiyanın şimal-şərqində görünəcək.
Jalə