İkisini qarışdırıb içəndə mədə narahatlığı yox olur
Mədə narahatlıqlarını azaltmağa kömək edən təbii vasitələrdən biri kimi zəncəfil və limon qarışığı göstərilir.
Xəbər verilir ki, mütəxəssislərin sözlərinə görə, zəncəfil həzmi dəstəkləyir, köp və qazın azalmasına kömək edir. Limon isə C vitamini ilə zəngin olmaqla yanaşı, həzm prosesinə müsbət təsir göstərə bilər.
Bildirilir ki, zəncəfil və limon şirəsindən hazırlanan qarışıq ağır yeməklərdən sonra və ya səhər saatlarında qəbul edildikdə həzm rahatlığını artıra bilər. Bununla belə, bu qarışığın mədə xəstəliklərini müalicə etdiyi elmi şəkildə sübut olunmayıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəncəfil və limonun həddindən artıq istifadəsi bəzi insanlarda mədə qıcıqlanmasına səbəb ola bilər. Xüsusilə reflyuks, qastrit və digər həzm sistemi problemlərindən əziyyət çəkən şəxslərin bu cür vasitələrdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.
İsmayıl