azia.az
azia.az

​“Girov” serialının heyəti ilə bağlı məsələ həll olundu

Bu gün, 17:04

Bir neçə gün əvvəl “Edliyyeinfo.az” informasiya portalında yayımlanan məlumatdan sonra “Girov” serialının yaradıcı heyətinin zəhmət haqları ilə bağlı yaranmış problem tamamilə öz müsbət həllini tapıb.Saytımızda işıqlandırılan məsələyə istehsalçı şirkət tərəfindən dərhal operativ və məsuliyyətli reaksiya verilib. Belə ki, yaranmış narazılıqdan xəbərdar olan istehsalçı şirkət – “CNF” MMC yaradıcı heyətin qalan ödənişlərini tam şəkildə ödəməyi öz öhdəsinə götürüb və qısa müddətdə maliyyə vəsaitlərinin köçürülməsini təmin edib.Yaradıcı heyət redaksiyamızla əlaqə saxlayaraq bütün ödənişlərin artıq onların hesablarına köçürüldüyünü təsdiqləyib. Kollektiv, yaradılmış problemə rəğmən böyük anlayış göstərərək işçilərin haqlı tələblərini yerinə yetirən və onların əməyinə sahib çıxan istehsalçı şirkətə – “CNF” rəhbərliyinə öz xüsusi təşəkkürlərini bildiriblər. Bununla da, tərəflər arasında yaranmış anlaşılmazlıq tamamilə aradan qaldırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi