Əhalinin kommunal borclarının 20 faizini dövlət ödəyəcək?
Azərbaycanda bəzi vətəndaş kateqoriyalarının kommunal xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması sosial müdafiə tədbirlərinin mühüm istiqamətlərindən biri hesab olunur. Ailələrin gündəlik xərcləri artdığı bir dövrdə bu dəstəyin daha geniş əhali qruplarını əhatə etməsi ilə bağlı müzakirələr də aktuallaşıb.
Bəs kommunal xərclərin 20 faizinin dövlət tərəfindən ödənilməsi proqramı gələcəkdə daha hansı sosial qruplara şamil edilə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kommunal ödənişlərin bir hissəsinin dövlət tərəfindən qarşılanması sosial müdafiə mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Gələcəkdə aztəminatlı ailələr, minimum əməkhaqqı ilə çalışan şəxslər, tək dəstək proqramlarından yararlana biləcək əsas kateqoriyalar sırasında yer ala bilər.
Xüsusilə kommunal ödənişlərin ailə büdcəsində ciddi yük yaratdığı qruplara əlavə güzəştlərin tətbiqi sosial ədalətin təmin olunmasına xidmət edəcək.
Kənd yerlərində yaşayan, gəlirləri mövsümi xarakter daşıyan ailələr, uzunmüddətli işsizlər və sosial yardım alan şəxslər də proqramın potensial benefisiarları hesab oluna bilərlər.
Belə yanaşma sosial həssas təbəqələrin yaşayış xərclərinin azalmasına və rifah səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək”.
İqtisadçı əlavə edib ki, proqramın genişləndirilməsi zamanı əsas diqqət ehtiyaclı vətəndaşların düzgün müəyyənləşdirilməsinə yönəldilməlidir.
Aynurə İsmayıl