azia.az
azia.az

PREZİDENTƏ MÜRACİƏT - Daha bir ailə mühacir olan oğlundan imtina etdi - MÜRACİƏT

14-03-2018, 07:52

PREZİDENTƏ MÜRACİƏT - Daha bir ailə mühacir olan oğlundan imtina etdi - MÜRACİƏT

Teref.info-nun poçtuna siyasi mühacir Mübariz Dadaşavoun valideyinlərinin onu övladlıqdan çıxartdıqları haqqda prezidentə ünvanladıqları müraciətin bir nüsxəsi daxil olub.
Müraciəti olduğu kimi oxuculara təqdim edirik:
Hörmətli cənab Prezident!!
Oğlumuz Mübariz Dadaşov (Mübariz Dadaş) xaricdə dövlətimizin düşmənlərinə qoşularaq bədxah əməllərlə məşğul olur və mitinqlərdə, piketlərdə, sosial şəbəkələrdə dövlətimiz əleyhinə şuarlar və yazılarla çıxış edir.
Biz bir valideynləri olaraq onu bu yoldan çəkindirmək və dövlətimizin apardığı doğru siyasəti başa salmaq istəsəkdə, oğlumuzu bu səhf yoldan döndərə bilmədik.Onun dövlətimizə qarşı apardığı siyasi təxribatlar bizidə narahat edir.
Biz onun yaşlı valideynləri hər cür təzyiqlərə və təhqirlərə məruz qalırıq.
Atasını oğlumun etdiklərinə görə işdən çıxardıblar, evimizə dəfələrlə polislər gəlir, bizi gizli nömrələrdən hədələyirlər.Yaşlı adamlarıq nə oğlumuz öz etdiklərindən imtina edir, nədə bizə qarşı təzyiqlər səngimir.
Hörmətli cənab prezident bütün bunları nəzərə alaraq biz oğlumuz Mübariz Dadaşov oğulluqdan çıxardaraq ondan imtina edirik!
Dadaşov Mahur Səttar oğlu
Dadaşova Zemfira Kərim qızı
13.03.2018. Salyan rayonu
PREZİDENTƏ MÜRACİƏT - Daha bir ailə mühacir olan oğlundan imtina etdi - MÜRACİƏT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi