azia.az
azia.az

Zəhərlənən 14 yaşlı qızın anası DANIŞDI

Bu gün, 00:18

Xətai rayonunda baş verən faciəvi hadisədə zəhərlənən 2012-ci il təvəllüdlü T.B.-nin anası Kəmalə Ələkbərova açıqlama verib.

Metbuat.az RTV-yə istinadən xəbər verir ki, o, qızından bir müddətdir xəbəri olmadığını bildirib.

10 övladı olduğunu deyən ana qızının tez-tez evdən qaçdığını qeyd edib.

“Evdən dəfələrlə qaçır, gedib gətirirəm. Bir dəfə də qaçmışdı, 5 gün onu gözlədim. Abşeron Polis İdarəsinə xəbər verdim, qızı tapdılar. İndi də 3-cü aya keçib ki, evdə yoxdur. Mən onu harada axtarım? Həmin oğlanı tanımıram, harada tanış olduqlarını bilmirəm. Kaş oğlan yox, o ölərdi. Haqq-ədalət var, dəm qazından zəhərlənib ölüb. Qızım məktəbə getmir, 14 yaşı var. Atası da var, gözdən əlildir. Allah belə qızın bəlasını versin”, - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl dilənçiliklə məğul olan 14 yaşlı qız ötən il oğurluğa görə saxlanılmışdı. O, gözəlliyinə görə qısa zamanda “TikTok”da populyarlaşmışdı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi