azia.az
azia.az

Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş

Bu gün, 13:01

Dövlət Sərhəd Xidməti (DSX) mebel inventarlarının cari və əsaslı təmiri xidməti ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Foriella" MMC seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri  498 137 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Foriella” MMC 20 sentyabr 2018-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 9, ev 11, mənzil 4-də yelrəşir. Şirkətin qanuni təmsilçisi İslamlı Fərman Fərrux oğludur.

Şirkət yarananda nizamnamə kapitalı 10 manat olub. 2019-cu ilin dekabrında nizamnamə kapitalı 80 010 manata, 2025-ci ilin iyul ayında isə 5 000 000 manata qədər artırılıb. 
"Foriella" MMC-nin deputat Məşhur Məmmədova məxsus olduğu bildirilir.

Məşhur Məmmədov həm də "Embawood” şirkətinin sahibi kimi tanınır. Bu şirkət də mebel istehsalı ilə məşğul olur.

Seyid


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi