azia.az
azia.az

Deputat Müşfiq Məmmədli: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur"

Bu gün, 09:53

“Son dövrlərdə Litva və Latviya rəhbərlərinin Bakıya  səfərləri  Azərbaycanla Baltikyanı ölkələr  arasında əməkdaşlığı yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.  Bu ardıcıl səfərlər sadəcə diplomatik protokol deyil. Bu, dəyişən dünyanın yeni geosiyasi reallığının açıq etirafıdır: yeni xəritədə mərkəzlərdən biri artıq Azərbaycandır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni regional düzən Baltik regionunu da seçim qarşısında qoyub”.

 Bunu Ölkə.az-açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, bu gün Azerbaijan təkcə enerji ixracatçısı deyil: “Həm də Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzə çevrilib. Söhbət yalnız coğrafiyadan getmir, eyni zamanda logistika infrastrukturundan, rəqəmsal daşımalar sistemindən, təhlükəsiz və sabit marşrutdan gedir.
Mərkəzi Asiya və Cənubi Qafqaz arasında yaranan yeni bağlantılar məhz Azərbaycan üzərindən qurulur. Bu isə ölkəni qlobal ticarətin damarlarından birinə çevirir”.
 Deputat əlavə edib ki, Avropada və regionda artan təhlükəsizlik riskləri Baltik ölkələrini yeni tərəfdaşlar axtarmağa məcbur edib.

“Baltik dövlətləri artıq anlayır ki, Cənubi Qafqazın  həm açarı, həm də regional sabitliyin təminatçısı Azərbaycandır. İqtisadi marşrutların təhlükəsizliyi bu ölkədən keçir. Bu səbəbdən Bakı onlar üçün sadəcə tərəfdaş deyil, strateji dayaq nöqtəsidir.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur. 10-dan çox Avropa ölkəsinə qaz ixrac edir, yaşıl enerji layihələri ilə gələcəyin bazarına daxil olur. Eyni zamanda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri işlək vəziyyətdədir, Ələt limanı və dəmir yolu şəbəkəsi regionun logistika mərkəzinə çevrilib. Yəni Azərbaycan artıq enerji ölkəsindən tranzit imperiyasına transformasiya edir”.

Deputat əlavə edib ki, Baltik ölkələrinin Bakı ilə yaxınlaşması da bu  reallığın qəbuludur:
“Yeni dünya düzənində uzaqda olan yox, bağlantı yaradan qalib gəlir. Onlar görür ki, Azərbaycan olmadan Şərq-Qərb ticarəti çətinləşir, regionlararası əməkdaşlıq Bakı üzərindən keçir, investisiya üçün ən stabil platformalardan biri məhz buradır”.

Deputat hesab edir ki, bu gün baş verənlər təsadüfi deyil:
“Bu, uzun illər aparılan siyasətin nəticəsidir. Yürüdülən uğurlu siyasət nəticəsində ölkədəki sabitlik, balanslı xarici siyasət, strateji infrastruktur yatırımları.  Bütün bunlaırn nəticəsi olaraq demək olar ki, Baltik ölkələrinin ardıcıl səfərləri bir mesaj verir: Azərbaycan artıq regionun yox, qitələrarası sistemin əsas oyunçularından biridir. Və ən önəmlisi  isə bu oyun hələ yeni başlamasındadır”.

 Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi