ÇL-də 5 qol vuran “Qarabağ”ın hücumçusu üçün İngiltərədən yeni elçi!
"Qarabağ"ın hücumçusu Kamilo Duran "Nyukasl"la pley-off oyununda (2:3) vurduğu qolla adını Çempionlar Liqasının tarixinə yazdırıb.
24 yaşlı forvard cari mövsümdə qollarının sayını 5-ə çatdıraraq, bu turnirdə bir mövsüm ərzində 5 və daha çox qol vuran 3-cü kolumbiyalı olub.
Duran bu göstəricidə Cekson Martines və Radamel Falkao kimi dünya ulduzlarının uğurunu təkrarlayıb.
Cənubi amerikalının qitənin ən prestijli turnirində sərgilədiyi real müştərilərinin sıralarını genişləndirib. O
na maraq göstərənlərin siyahısına Çempionşipdən «Hall Siti» də öz adını əlavə edib.
Türkiyəli iş adamı Acun İlcalının sahibi olduğu klubun nümayəndələri kolumbiyalının meneceri ilə əlaqə saxlayıb, mümkün transfer şərtlərini öyrəniblər.