Canana xanım möhtəşəm ad günü keçirtdi
Canana xanım möhtəşəm ad günü keçirtdi
Yanvar ayının 26- da Hollivud restoranında eatradamızın tanınmış ifaçısı Canana Legend özünə möhtəşəm ad günü keçirtdi.
Ad günündə bir sıra tanınmış şəxslər iştirak edirdi; Əli Mirəliyev, Rühəngiz Allahverdiyeva, Manaf Ağayev, Ağamirzə Məmmədov, Kəmalə Günəşli, Ofeliya Şabanova, Mehriban Qəmbərova və digərləri məclisə rəng qatamqla yanaşı, gələn qonaqları öz valehedici ifaları ilə feyziyab etdilər.
Tədbirə dress kold geyim qərarı Canana xanim tərəfindən bordo rəngi seçilmişdir ki, bu da tədbirin daha maraqlı və daha yaddaqalan olmasına bir zəmin yaradırdı. ![]()
Məclisdə təbriklərə qoşulanlar sırasında önəmli çıxışları ilə diqqət çəkən - xanım- müğənninin övladları oldu. Onlar analarına heç bir zaman bəlaya düşməməyi, daima sağlam olmağı və çoxlu maddi sərvətinin olmasını arzu etdilər.
Məclisin sonuna yaxın Canana xanım gələn qonaqlara öz yeni klipini təqdim etdi.
Olduqca sevindirici haldır ki, Canana xanımın yaradıcılığına ilk başladığı dönəmlə, müasir fəaliyyəti arasında olduqca böyük inkişaf hiss olunur. Belə ki, xanım - müğənni, ifaçılıqla yanaşı, eyni zamanda, aktrisalıq və fotomodellik fəaliyyəti ilə də məşğuldur.
Kollektivimiz adından gözəl, cazibədar və incə ürəkli müğənnimizin doğum gününü səmimi qəlbdən təbrik edir, həyatının özəl və iş sahəsində uğurlarının daha da bol olmasını diləyərək, səmimi etirafı açıqlamaq istəyirik: ,,Canana xanım bu gün uzun mübarizə dolu bir yolun həqiqi qalibidir!
Hər zaman qalib olasınız!
VİDEO bu linkdədir: VİDEO BU LİNKDƏDİR
Video bu linkdədir:VİDEO BU LİNKDƏDİR
Aynur Nurlu