azia.az
azia.az

Ülvü Mehrəli qalib seçildi: “Azərbaycanımızı kreativ üslubda dünyada tanıtdırmaq istərdim”...

Dünən, 21:16

 05.01.2026 MİSS & MİSTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin final gecəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.

Final gecəsində münsiflər heyəti kimi iştirak edənlər növbəti tanınmış insanlar olublar:

Amil Abbasov – münsiflər heyətinin sədri, icraçı direktor.

İqor Yakovenko – “Tərəqqi” medalı ilə təltif olunan iş adamı, AzEI şirkətinin prezidenti.

Racani Çandra – Doktor – ginekoloq, “Hind” klinikasının baş həkimi.

Aynur Nurlu – Publisist, jurnalist.

Eldar Xalıqov – İş adamı, “Aristokrat” brendinin təsisçisi.

Merlin Rzayeva – MİSS SPORT 2013, tanınmış model və blogger.

Doktor Ronald D’Mello – Hind klinikasının direktoru Cənab Srivasa Rao Javaddi – Azərbaycanda Hindistan Səfirliyində Konsulluq və Mədəniyyət məsələləri üzrə ikinci katib və Dilrübə Həsənli – Psixoloq.

2024 – cü ilin qalibləri də bu gecədə münsif kürsüsündə əyləşiblər.

  1. Dəniz İsmiyeva (Miss Azerbaijan 2024)
  2. İsməli Abbaszadə (Mister Azerbaijan 2024)
  3. Əli Həsənli (Vice Mister Azerbaijan 2024)
  4. Fidan İsmayılova (Vice Miss Azerbaijan 2024)
  5. Murad Mustafazadə (Mister Baku 2024)
  6. Aliya Alibəyli (Miss Super Model 2024)
  7. Yeganə Həsənli (Miss Photo Model 2024)
  8. İnci Hüseynzadə (Miss Grace 2024)

Gecənin əsas siması- MİSTER AZERBAİJAN 2025 yarışmasının qalibi

Ülvü Mehrəli ilə müsahibəmizi təqdim edirəm:

  1. Ülvü bəy, oxucularımıza özünüzü təqdim edərdiniz.
  2. Mən Mehrəli Ülvü Nahid oğlu, 5 may 2001- ci ildə Zərdab rayonunda dünyaya göz açmışam, Həsən Bəy Zərdabi adına 1 saylı tam orta məktəb litseyini bitirdikdən sonra, 2016- cı ildə ailəlikcə Bakıya köçmüşük. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini xarici dil müəllimliyi üzrə bitirmişəm; fransız dili müəllimiyəm; həm özəl, həm də orta məktəbdə fransız dili üzrə dərs deyirəm, saysız- hesabsız tələbələrim var.

 

  1. Çox maraqlıdır, necə oldu ki, kifayət qədər ciddi peşə sahibi olan şəxs qəfil olaraq rəngarəng və göz önündə, parlaq bir model- gözəllik sahəsini seçdi?

 

Bizim nəslimiz, qohum- əqrəba əsasən müəllimlərdən ibarətdilər və yaradıcılıq sahəsinə tək mən yönəlmişəm. Mənim tək yaradıcılığa deyil, eyni zamanda idmana da hədsiz böyük marağım var, belə ki, həvəskar olaraq kikboksinq, cüdo, digər idman növləri ilə məşğul olmuşam; 3- cü dərəcəli qaçişçiyam. 

 

  1. Səhnədə nümayiş etdirdiyini performansda yüksək səviyyədə göstəri nümayiş etdirdiniz, eyni zamanda, özgüvən hissiniz aşırı dərəcədə idi ki, bu da birinci olmağınıza əsas təkan oldu zənnimcə. Bu iki amili sizdə aşılayan əsas səbəb nə idi və ya birinciliyinizlə kimə borclusunuz?

 

  1. Öncə onu qeyd edim ki, məni bu səviyyədə yetişdirən, daima model və göz önündə olan sahəyə maraq və sevgi hissimi yüksəldən, podiumda əsl peşəkar kimi addımlamağı öyrədən müəlliməm, ölkə üzrə bir nömrəli xanım xoreoqraf- Ayla Maisə minnətdaram. O xanım biz tələbələrə tək müəllimə, pedaqoq deyil, o bizim ikinci mənəvi anamızdır ki, istənilən məqamda məsləhətləri və jestləri ilə yanımızdadır. 

 

  1. Sizin podiumdakı çıxışlarınız digər iştirakçılardan fərqli olaraq, yaxşı anlamda fərqlənirdi; geyimlərin seçimində Ayla xanım dəstək olurdu ya fərqli geyim tərzi sizin ruh dünyanızın bir çağırışı idi?

 

  1. Ayla xanım, istənilən geyimlərin seçimində məsləhətini əsirgəmirdi, lakin, kreativ geyim tərzi, avanqard- sport üslubu olan miks geyim qarışığı mənim sevdiyim üslubdur ki, ümumiyyətlə Azərbaycanda qeyri- adi, avanqard tərzi ilə yaddaşlara həkk olunmaq istərdim. Niyyətim- moda biznesində yaxın zamanlarda kreativ kişi geyim növlərinin nümayişinə dəstək olmaqdır; niyyətim- qeyri- adilikdə novator olaraq ilkə imza atmaqdır. Beynimdə mənşəli sırf mənə aid olan bir sıra model obrazları, geyim biçimləri var ki, onların müəllifi olmağı planlaşdırıram.

 

  1. Münsif olaraq çıxış etdiyim gözəllik yarışmasında, sizin kifayət qədər ciddi obraz olaraq yadda qalan simanızı tədbirdə belə vurğulamışdım. Dünyaca məşhur modellər var ki, bu gün kifayət qədər tanınmış aktyorlardılar. Əgər filmə çəkiliş üçün dəvət gələrsə, Ülvü bəy hansı film janrında yer alardı?

 

  1. Mən böyük məmnuniyyətlə qorxu filmlərində çəkilmək istərdim. Ümüumiyyətlə, daha çox klassik, dram, ciddi tərzə tabe olan ağ- qara həyat tonlarımızı əks etdirən həyat filmlərində yer almaq əsas istəklərimdən biridir.

 

  1. Ülvü bəyin ən böyük arzusu?

 

  1. Dünya üzrə məşhurlaşmaq istərdim. Birdə ki, məşhur yarışmaları Azərbaycanda keçirməyi arzu edirəm. Misal üçün, Survivor yarışmasını Azərbaycanda keçirilməsinə səbəbkar olmaq- əsas arzularımdandır. 

 

  1. Həyatda ən çox qorxduğunuz nədir? Nəyi itirməkdən qorxursunuz? 

 

  1. Mən insanlara olan etimadımı, dostluğa olan güvənimi, insanlığa və səmimyyətə olan ümidimi itirməkdən çox ehtiyat edirəm və dəfələrcə olub ki, illərin dostunu bir anda itirmişəm ki, bu hal da mənim hafizəmdə izsiz ötüşməyib.

 

  1. Ülvü bəy, get- gedə məhşurlaşacaq bir sahədə ulduz xəstəliyinə tutulmağa ehtiyat etmirsiniz ki və bu kimi haldan uzaq olmaq üçün nə etmək lazımdır?

 

  1. Hesab edirəm ki, istənilən məşhur sayılacaq şəxs öz əziyyəti ilə, pillə- pillə hansısa zirvəyə doğru yürüyürsə, vicdan və zəhməti hesabına şəxsi imzasına nail olursa, bu onun üçün adi sayılacaq öhdəlik və missiyadan kənar “fövqəl- təbii bir hadisə” hesab edilmir. Ümumiyyətlə isə, Ulduz xəstəliyinə tutulmamaq üçün, gərək paylaşmağı bacarasan. Daxilində olan sevgini, qəlbindəki istəyini, izləyicilərinlə, fanatlarınla paylaşmalısan və onlara görə karyeranda etdiyin fədakarlıqları nümayiş etdirməlisən ki, insanlar sənin hansı çətinliklərlə üzləşdiyinin şahidləri olsunlar və sənə dəyər verməyi bacarsınlar. 

 

  1. Bildiyim qədər subaysınız və əgər qarşınıza istədiyiniz kriteriyalara uyğun, sevəcəyiniz bir xanım çıxarsa və həyat yollarınızı birləşdirmək qarşılığında sevdiyiniz sahədən sizi qısqanaraq uzaqlaşdırmaq niyyətində olarsa, hansı addımı atardınız? 

 

  1. (Gülür) Mən öz sahəmi davam etdirərəm. Düz vurğuladınız, subayam və hələ ailə qurmağı düşünmürəm. Mən illərcə kastinqə qatılmağı düşünmüşəm, bəzi məqamlarda müəyyən səbəblərlə bağlı alınmayıb. Lakin, qoyduğum məqsədə doğru irəliləmək -xasiyyətimin əsas xüsusiyyətlərindən biridir. Öz üzrəimdə çox çalışmağı, zəhmət çəkməyi sevirəm və bu zəhmətimi hansısa gərəksiz qısqanclığa qurban verməyi düşünmürəm.

 

  1. Qısqanclıqdan danışarkən, mütləq bu sualı ünvanlamağı düşünürəm;  Mister Azərbaycan Gözəllik yarımasının qalibi seçilərkən, həmkarlarınız və həmcinslərinizdən daha çox sevinc emosiyaları ilə qarşılaşdınız ya qısqanclıq mimikaları ilə?

 

  1. (bərkdən gülür) İnandırım sizi ki, daha çox qısqanclıqla qarşılaşdım və həttda dost bildiklərim belə bir anda dostluqlarını unutdular ki, bu barədə danışmaq istəməzdim. Lakin, uca Allahdan səmimi qəlbdən, özümə və onlara da yolumuzun açıq olmasını, harada, hansı şəraitdə olmağımızdan asılı olmayaraq, daima xoşbəxt olmağımız diləyirəm; əminəm- zaman ən gozəl göstəricidir...

Video bu linkdədir:  VİDEO BU LİNKDƏDİR

       

         Aynur Nurlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi