31 minə aldığı ev başqasının çıxdı… – VİDEO
Bakıda yaşayan Laçın sakini Azər Əsədov dələduzluğun qurbanı olduğunu iddia edir.
Şikayətçinin sözlərinə görə, evi rieltor vasitəsilə alıb. Amma sonradan məlum olub ki, notarial qaydada ev satan şəxs həmin əmlakın sahibi deyilmiş.