azia.az
azia.az

Bələdiyyə sədrinə böhtan atan iki kənd sakini barədə qərar verildi

21-03-2025, 22:14

Ağsu rayon Ləngəbiz bələdiyyəsinin sədri Babaseyid Seyidov barəsində böhtan xarakterli məlumatlar yayan iki kənd sakinini məhkəməyə verib.

Xəbərə görə, bələdiyyə sədri yutub kanallarında onun barəsində böhtan xarakterli çıxışlar etdiklərini iddia etdiyi iki nəfəri məhkəməyə verib.

Həmin şəxslər “Şimal Region” adlı yutub kanalında “Dövlət qurumlarının gözü qarşısında bələdiyyə sədri oğurluq edir”, “Bələdiyyə sədri Babaseyid Seyidov özbaşınalıq edir, metal boruları satılması məqsədilə qızının ərinə hədiyyə edir”, “Bələdiyyə sədri büdcəyə yığılan 36 min manat pulu dağıdır” kimi başlıqlarla çıxışlar ediblər.

Babaseyid Seyidov bu ittihamlara görə həmin şəxslərin cəzalandırılmasını tələb edib.

Məhkəmə hər iki şəxsi 1000 manat cərimələyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi